21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi yoldaşlıq oyunu keçirib.

BUTA.TV xəbər verir ki, Samir Əliyevin baş məşqçisi olduğu kollektiv Slovakiya yığması ilə qarşılaşıb.

Görüş rəqibin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, Azərbaycan seçməsi iyunun 11-də “Liv Bona Dea Arena”da Bolqarıstan millisi ilə yoxlama matçına çıxacaq. Oyun saat 20:00-da başlayacaq.