Səudiyyə Ərəbistanının Məkkə şəhərində Həcc ziyarətində həlak olan iranlı zəvvarların sayı 19-a çatıb.

BUTA.TV xəbər verir ki, bu barədə İran Qızıl Aypara Cəmiyyəti məlumat yayıb.

Bildirilib ki, səhhətində problem yaranan zəvvarlardan 24-ü Səudiyyə Ərəbistanı xəstəxanalarında müalicə olunur, 35-i isə İrana qaytarılıb.