Türkiyənin Bolu şəhərində Merih Dəmiralın heykəli ucaldılacaq.

BUTA.TV xəbər verir ki, Bolu Bələdiyyə Başçısı Tanju Özcan Bozqurd işarəsi üçün UEFA-nın futbolçunu 2 oyunluq cəzalandırmasına reaksiya verib.

Özcan verilən cəzanı şiddətlə qınayıb və yerli futbol qurumunu da tənqid edib.

Boluda Merihin heykəlini ucaldacağına da söz verən T.Özcan, "Avropa gəlsin məni də cəzalandırsın" deyib.