Soçidən Surquta uçan zaman “Utair” şirkətinə məxsus təyyarənin generatoru sıradan çıxıb.

BUTA.TV xəbər verir ki, bu barədə “Aviancident” Teleqram kanalı məlumat yayıb.

Bildirilib ki, hadisə iyulun 13-də baş verib.

Pilotlar hündürlüyü aşağı salmaq və köməkçi enerji blokunu işə salmaq qərarına gəliblər. Yarım saatdan sonra təyyarə Surqut hava limanına enib.