Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Polad Həşimovun anası Səmayə Həşimovanın vəziyyəti açıqlanıb.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) BUTA.TV-a bildirilib ki, 1949-cu il təvəllüdlü pasiyentin müalicəsi Sumqayıt Tibb Mərkəzinin 2 nömrəli Şəhər Xəstəxanasında davam etdirilir.

“Hazırda pasiyentin ümumi vəziyyəti stabildir. Müalicəsi və səhhətinin dinamik müşahidəsi həkim nəzarəti altında davam etdirilir”, - deyə qurumdan vurğulanıb.

Qeyd edək ki, bir müddət öncə Səmayə Həşimova arterial hipertenziya, şəkərli diabet və ürək çatışmazlığı diaqnozları ilə xəstəxanaya yerləşdirilmişdi.

Müəllimlərə yeni qadağalar... Müəllimlərə yeni qadağalar...