Tiktokda icra başçısını təhqir etdi, həbs olundu
Tiktokda canlı yayım açaraq sərxoş halda Yevlax Rayon İcra Hakimiyyətinin başçısı Anar Tağıyevin və digər şəxslərin ünvanına təhqiredici, nalayiq, qeyri-etik sözlər işlədən şəxs inzibati qaydada həbs olunub.
BUTA.TV Xitab24.az-a istinadla xəbər verir ki, məsələ ilə bağlı 1990-cı il təvəllüdlü Yevlax sakini barəsində İnzibati Xətalar Məcəlləsinin 510.2-ci maddəsi ilə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib.
Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs izahatında əməlindən peşman olduğunu, icra başçısından heç bir şikayəti olmadığını, əksinə Anar Tağıyevin onu işlə təmin edib kreditini bağladığını bildirib.
Canlı yayım açan zaman sərxoş olduğunu bildirən şəxs, Vətən müharibəsi iştirakçısı olmaqla yanaşı, üç medalla təltif olunduğunu deyib.
Yevlax Rayon Məhkəməsinin qərarına əsasən, 36 yaşlı şəxs 15 sutka inzibati qaydada həbs edilib.
Milyonluq mülkləri ilə gündəm olan sabiq deputat işdən çıxarıldı