Almaniyada atışma: Ölənlər var...
Almaniyanın cənub-qərbində, Baden-Vürtemberq federal əyalətində, baş verən silahlı atışma nəticəsində üç nəfər ölüb.
BUTA.TV xəbər verir ki, bu barədə "Südwest Presse" qəzeti məlumat yayıb.
Məlumata görə, hadisə Lautlingen kommunasında baş verib.
Belə ki, ovçu 3 ailə üzvünü öldürdükdən sonra intihar edib.
Polis təfərrüatları açıqlamadan bir neçə ölü və yaralının olduğunu təsdiqləyib.