YAP-ın İdarə Heyəti toplanır - Foto
Xəbər verdiyimiz kimi, bu gün Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin iclası keçiriləcək.
BUTA.TV xəbər verir ki, iclasda 1 sentyabrda keçiriləcək növbədənkənar parlament seçkilərinin müzakirə ediləcəyi və deputatlığa namizədlərin siyahısının təsdiqlənəcəyi gözlənilir.
Partiya üzvləri artıq partiyanın qərargahına toplanır.
İclasın saat 10:00-da başlayacağı nəzərdə tutulur.