Azərbaycanda nə qədər sahibkar qadın var?
Azərbaycanda təsisçisi qadın olan kommersiya hüquqi şəxslərinin sayı 34 mindən çox, rəhbəri qadın olan kommersiya qurumlarının sayı isə 30 minə yaxındır.
BUTA.TV xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Azər Bayramov Milli Məclisin Gənclər və idman, İctimai birliklər və dini qurumlar, Mədəniyyət komitələrinin birgə iclasında "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirib.
"İqtisadi artımın yaratdığı imkanların cəmiyyətin bütün təbəqələri üçün əlçatan olması dayanıqlı inkişafın mühüm şərtidir. Qadınların sahibkarlıq fəaliyyətinə cəlb olunması məşğulluğun artırılmasında mühüm amildir. Bu gün ölkədə fərdi sahibkar kimi qeydiyyatda olan qadınların sayı 363 mindən çoxdur", - deyə o qeyd edib.
Kriminal şəbəkənin rəhbəri Azərbaycanda tutuldu