Xəbər verdiyimiz kimi, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin bu gün keçirilən iclasında 1 sentyabrda baş tutacaq parlament seçkilərinə namizədlər müəyyənləşib və Naxçıvanın sabiq rəhbəri Vasif Talıbovun namizədliyi irəli sürülməyib.

BUTA.TV TNS-ə istinadla xəbər verir ki, Vasif Talıbovun ötən seçkidə deputat seçildiyi 1 saylı Şərur-Sədərək seçki dairəsindən 6-cı çağırış Milli Məcisin deputatı, parlament sədrinin sabiq birinci müavini Ziyafət Əsgərovun namizədliyi irəli sürülüb.

Milyonluq mülkləri ilə gündəm olan sabiq deputat işdən çıxarıldı Milyonluq mülkləri ilə gündəm olan sabiq deputat işdən çıxarıldı