Tənzilə Rüstəmxanlının YAP-dakı rəqibi bu gəncdir
Xəbər verdiyimiz kimi, hakim Yeni Azərbaycan Partiyası 1 sentyabrda keçiriləcək parlament seçkilərinə namizədlərinin tam siyahısını açıqlayıb.
BUTA.TV xəbər verir ki, 70 saylı Neftçala seçki dairəsindən YAP-ın namizədi Fərhad Baxışovdur.
F.Baxışov Gənclərin İnkişaf və Karyera Mərkəzinin Neftçala nümayəndəliyinin direktorudur.
Qeyd edək ki, Azərbaycan-Türkiyə Qadınlar Cəmiyyətinin və Azərbaycan-Türkiyə Evinin sədri Tənzilə Rüstəmxanlı 70 saylı (əvvəl 61 saylı idi) Neftçala seçki dairəsindən namizədliyini irəli sürüb. Bu dairədən ötən seçkilərdə T.Rüstəmxanlının həyat yoldaşı Sabir Rüstəmxanlı deputat seçilmişdi.
Rauf Hacıyevin oğlu bu gün rus blogerlə evlənir - Fotolar