Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu 43 sayılı Sumqayıt ikinci seçki dairəsindən namizədliyini irəli sürüb.

BUTA.TV xəbər verir ki, bu barədə o Lent.az-a açıqlamasında deyib.

“Bəli, bu il seçkilərdə iştirak edəcəm. Artıq namizədliyimi də vermişəm. 43 sayılı Sumqayıt ikinci seçki dairəsindən namizədəm. Uğurlar hamıya”, - o bildirib.