Belarus Prezidenti Aleksandr Lukaşenko general-mayor Aleksandr Naumenkonu müdafiə nazirinin müavini təyin edib.

BUTA.TV xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

General-mayor Andrey Juk yaşı ilə əlaqədar tutduğu vəzifədən azad edilərək, ehtiyata göndərilib.

Naumenko indiyədək Silahlı Qüvvələrin Şimal-Qərb Əməliyyat Komandanlığının komandiri vəzifəsini tutub.