Estoniya sərhədçiləri Belarus dövlət nömrə nişanlı avtomobilləri ölkəyə buraxmayacaqlar.

BUTA.TV xəbər verir ki, bu barədə Estoniya XİN məlumat yayıb.

"AB-nin Belarusa tətbiq etdiyi sanksiyalara Belarus nömrəli avtomobillərin idxalına qadağa da daxildir", - məlumatda bildirilib.

Oxşar tədbirlər Litva tərəfindən də həyata keçirilib. Belarus avtomobillərinin ölkəyə girişinə qadağa iyulun 18-dən qüvvəyə minəcək.