Fransanın paytaxtı Parisdə naməlum kişi avtomobili restoranın terrasında əyləşən müştərilərin üzərinə sürüb.

BUTA.TV “Actu17”yə istinadən xəbər verir ki, 20-ci dairədə, Per-Laşez prospektində baş verən hadisə zamanı 1 nəfər ölüb, 6 nəfər isə xəsarət alıb.

Sürücü ərazidən qaçsa da, polis avtomobilin sərnişinlərdən birini yaxalayıb.

Olayın məqsədli şəkildə törədildiyi, yaxud adi qəza olduğu məlum deyil.

Arvadına xəyanət etməyən yeganə milyarder... Arvadına xəyanət etməyən yeganə milyarder...