Saqqızda silahlı hücum: ölənlər var
İyulun 17-i axşam saatlarında İranın Kürdüstan əyalətinin Saqqız şəhərində ictimai məkanlardan birinə silahlı hücum nəticəsində 3 nəfər həlak olub.
BUTA.TV xəbər verir ki, bu barədə Saqqız şəhərinin polis rəisi Seyidəli Səfəri məlumat yayıb.
Polis rəisi hücumçuların saxlanılması ilə bağlı axtarış-əməliyyat tədbirlərinin aparıldığını deyib.