Ərəbistan İran təyyarələrinə qadağa qoydu
Səudiyyə Ərəbistanı İranın Mahan Hava Yolları şirkətinə məxsus təyyarələrin ölkənin hava məkanına girişinə qadağa qoyub
BUTA.TV xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Mülki Aviasiya Baş İdarəsi qərar qəbul edib.
İdarə “Mahan” aviaşirkətini Səudiyyə Ərəbistanında beynəlxalq operatorların təhlükəsizliyini riskə atan daxili qanunları pozmaqda ittiham edib.