Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın keçmiş prezidenti və hazırda prezidentliyə namizəd Donald Trampla telefon danışığı aparıb.

BUTA.TV xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Telefon danışığı zamanı Trampa qarşı sui-qəsd və sonrakı proseslər müzakirə edilib.