Fransa “İntibah” Partiyasının nümayəndəsi Yael Bron-Pive yenidən Milli Assambleyanın (parlamentin aşağı palatası) sədri vəzifəsinə seçilib.

BUTA.TV xəbər verir ki, bu barədə parlamentin saytında məlumat verilib.

Bron-Pive səsvermənin üçüncü turunda 220 deputatın dəstəyini qazanıb.