21:12

İsrail təyyarələri Livanın paytaxtı Beyrutun cənubunda Hizbullahın obyektlərinə 4 raket zərbəsi endirib.

BUTA.TV xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Bildirilib ki, raketlərdən biri Hizbullahın qərargahından 100 metr aralıda yerləşən Bahman xəstəxanasına düşüb.

***

İsrail ordusu Beyruta zərbə endirdiyini açıqlayıb.

Bildirilib ki, hücumun hədəfi Hizbullahın Məcdəl-Şəms kəndinə qanlı hücumuna görə məsuliyyət daşıyan komandirlərindən biri olub.

Yerli mənbələr isə hücum zamanı Hizbullahın iki komandirinin öldüyünü bildirir.