Qəzada həyatını itirən Fəqan tələbə imiş - Foto
Foto
Bir neçə gün əvvəl Quba-Tüləkəran avtomobil yolunun Gültəpə kəndi ərazisindən keçən hissəsində baş verən qəzada həyatını itirən 23 yaşlı Fəqan Habil oğlu Ədilov Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının 4-cü kurs tələbəsi olub.
BUTA.TV Unikal.az-a istinadla xəbər verir ki, o, AƏSMA-nın Maliyyə ixtisası üzrə təhsil alırdı.
Qeyd edək ki, qəza zamanı mərhumun qardaşı 21 yaşlı Nuray Ədilov isə xəsarətlər alıb.
Əlavə edək ki, hadisə ilə bağlı cinayət işi başlanıb, istintaq aparılır.
Kriminal şəbəkənin rəhbəri Azərbaycanda tutuldu