Dünən Haniyəni qalibiyyətlə salamladım, indi isə onu çiynimdə aparıb dəfn etməliyəm.

BUTA.TV xəbər verir ki, bu sözləri İranın Prezidenti Məsud Pezeşkian deyib.

“Tehran terrorçuları öz qorxaq hərəkətlərinə görə peşman edəcək”, - Pezeşkian bildirib.

Qeyd edək ki, HƏMAS Siyasi Bürosunun lideri İsmayıl Haniyə iyulun 31-də Tehranda öldürülüb. O, İranın yeni prezidenti Məsud Pezeşkianın andiçmə mərasimində iştirak etmək üçün Tehrana getmişdi.