NATO bazası yüksək hazırlıq vəziyyətinə gətirildi
NATO-nun Almaniyadakı hava bazası yüksək hazırlıq vəziyyətinə gətirilib.
BUTA.TV xəbər verir ki, bu barədə hərbi bazanın rəsmi X hesabında məlumat paylaşılıb.
Bildirilib ki, Qelzenkirşen şəhərindəki NATO aviabazası “potensial təhlükəni göstərən kəşfiyyat məlumatlarına əsaslanaraq” həyəcan səviyyəsini artırıb.
Qeyd edək ki, NATO daha əvvəl Rusiyanın təşkil etdiyi düşmənçilik kampaniyası, o cümlədən təxribat və kiberhücumlar barədə xəbərdarlıq etmişdi.