İranın yüksəkrütbəli polisi qətlə yetirilib.

BUTA.TV xəbər verir ki, bu barədə “Azad İran” məlumat yayıb.

Məlumata görə, İranın Sistan-Bəlucistan əyalətinin Xaş şəhərinin ictimai təhlükəsizlik üzrə polis rəisinin müavini naməlum şəxslər tərəfindən evinin yaxınlığında öldürülüb.

O, mülki geyimdə olub. Rəis müavininin cümə namazına qatıldıqdan sonra öldürüldüyü bildirilir.