Ermənistan Baş naziri Nikol Paşinyan İrəvanın Kanaker-Zeytun inzibati rayonundakı qohumlarından birinin evinə baş çəkib.

BUTA.TV xəbər verir ki, bu barədə “ArmLur.am” nəşri yazıb.

Bildirilib ki, səfər zamanı bina sakinlərindən biri Nikol Paşinyana pəncərədən alma atıb.

“Hüquq-mühafizə orqanlarının əməkdaşları binada axtarış aparır. Ermənistan Daxili İşlər Nazirliyi hər hansı şərh verməkdən imtina edib”, - nəşr bildirib.