Braziliya sahillərində, İtamarka adası yaxınlığında “Konkordia” yük gəmisi batıb.

BUTA.TV xəbər verir ki, bu barədə Braziliya Hərbi Dəniz Qüvvələri məlumat yayıb.

Məlumata görə, hadisə sentyabrın 15-i baş verib. Gəmidə 9 nəfər olub, onlardan 4-ü xilas edilib, daha 5 ekipaj üzvünün axtarışı aparılır.

Gəminin hansı səbəbdən batdığı barədə məlumat verilməyib.