BMT-dən Livandakı partlayışlara münasibət...
BMT Livanda yüzlərlə insanın yaralanmasına səbəb olan peycer partlayışlarından son dərəcə narahatdır və mülki şəxslərin ölümünü pisləyir.
BUTA.TV xəbər verir ki, bu barədə BMT-nin baş katibinin sözçüsü Stefan Düjarrik deyib.
"Olduqca gərgin olan vəziyyətin kontekstini nəzərə alsaq, bu inkişaf son dərəcə narahatedicidir. Təbii ki, biz mülki şəxslərin ölümünü pisləyirik", - deyə o bildirib.