Qarabağ Universitetində yeni təyinat olub.

İradə Əli qızı Süleymanova Qarabağ Universitetinin Tələbələrlə İş Mərkəzinə direktor təyin edilib.

BUTA.TV İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı ali təhsil müəssisəsinin rektoru Şahin Bayramov müvafiq əmr imzalayıb.

Qeyd edək ki, İ.Süleymanova bundan əvvəl BDU-nun Sabah Mərkəzinin rəhbəri vəzifəsində çalışıb.