Rusiyada yanacaqdoldurma məntəqəsində yanğın
Rusiyanın Stavropol vilayətinin Novoselitski rayonunda yanacaq daşıyan tanker yanıb.
BUTA.TV xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Bildirilib ki, yanğın yanacaqdoldurma məntəqəsinə keçib:
“Hazırda yanacaqdoldurma məntəqəsində yanğın söndürülür, onun bir hissəsi yanacaqdoldurma məntəqəsinə keçib. Artıq hadisə yerində 6 ədəd texnika işləyir".
Hadisə nəticəsində ölən və yaralananlar barədə məlumat verilməyib.