Türkiyənin İzmir şəhərinin Aliağa rayonunda yerləşən metallurgiya zavodunda güclü partlayış baş verib.

“BUTA.TV” “Hürriyet”ə istinadla xəbər verir ki, hadisə HABAŞ şirkətinə məxsus müəssisədə qeydə alınıb.

Məlumata görə, partlayışdan sonra baş verən yanğın nəticəsində azı 6 nəfər həlak olub, 13 nəfər yaralanıb.

Yaralılardan üçünün vəziyyəti ağırdır. Dağıntılar altında qalan 8 nəfərin axtarışları davam etdirilir.

İzmir Valiliyinin məlumatına görə, hadisə nəticəsində ölənlərin sayı 10 nəfərə yüksəlib.

***

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra çıxış edən qəza nəticəsində həyatını itirənlərin sayının 16 nəfərə çatdığını açıqlayıb.

Dövlət başçısı faciə zamanı 13 vətəndaşın da yaralandığını, onlardan 2-nin vəziyyətinin ağır olduğunu bildirib: “İzmirdə 16 qardaşımız və bacımız həyatını itirdi, 13 vətəndaşımız yaralandı. Partlayışla bağlı müvafiq istintaq prosesi aparılır. Səhlənkarlığa yol verən, bu faciədə məsuliyyət daşıyan şəxslərin kimliyi tam ortaya çıxarılacaq və onlar qanun qarşısında cavab verəcəklər”.

Xilasetmə və fəsadların aradan qaldırılması işləri davam etdirilir, yaralıların müalicəsi üçün bütün tibbi imkanlar səfərbər olunub.

Qubalı iş adamına Moskvada iş kəsildi Qubalı iş adamına Moskvada iş kəsildi