Bakının Sabunçu rayonunda dava zamanı bir nəfər bıçaqlanıb.

BUTA.TV Teleqraf-a istinadla xəbər verir ki, hadisə Sabunçu qəsəbəsində baş verib.

Belə ki, 1993-cü il təvəllüdlü Nəcməddin Fəxrəddin oğlu Mehdiyev onun ünvanın qeyri etik ifadə işlədən şəxslə əlbəyaxa dava edib.

Dava zamanı N.Mehdiyev bıçaqlanıb. O, döş qəfəsinin kəsilmiş-deşilmiş xəsarətləri ilə Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsində araşdırma aparılır

Birinci xanımlar çay masasında söhbətləşdi - Fotolar+Video Birinci xanımlar çay masasında söhbətləşdi - Fotolar+Video