Nvidia CEO-su Jensen Huang Çin casusluğu iddiaları arasında evlilikdənkənar əlaqəsini etiraf etdi
Dünyanın ən dəyərli şirkətlərindən biri olan Nvidia-nın baş icraçı direktoru Jensen Huang evlilikdənkənar əlaqə yaşadığını etiraf edərək ailəsindən üzr istəyib.
BUTA.TV xəbər verir ki, bu etiraf Huang-ın Çin kəşfiyyatı ilə əlaqəli olduğu iddia edilən biznes qadını Alice Huang ilə yaxın münasibəti barədə məlumatların yayılmasından sonra gəlib.
"Etdiklərimin və səbəb olduğum ağrının bütün məsuliyyətini üzərimə götürürəm. Bunun gətirdiyi tənqidləri də qəbul edirəm" - deyə Jensen Huang çalışanlarına göndərdiyi mesajda bildirib.
Nvidia-nın idarə heyəti Huang-ın xarici kəşfiyyat əməliyyatının hədəfi olduğu iddiaları ilə bağlı müstəqil araşdırma başladıldığını açıqlayıb. Çin Xarici İşlər Nazirliyinin sözçüsü Guo Jiakun isə iddiaları "əsassız spekulyasiya" adlandırıb.
ABŞ Prezidenti Donald Tramp Huang-ı "yaxşı insan" kimi xarakterizə edərək, "amma nə baş verdiyini heç vaxt bilə bilməzsiniz. Ümid edirəm hər şey qaydasındadır" deyib.
Bakıda bayram ab-havası - Hərbçilərin yürüşü+Video