Pxenyan yenə Cənubi Koreyaya zibil dolu şarlar göndərdi
Şimali Koreya növbəti dəfə Cənubi Koreya istiqamətinə zibil dolu hava şarları göndərib.
BUTA.TV xəbər verir ki, bu barədə Seul hökuməti məlumat yayıb.
“Şimali Koreya yenidən cənuba doğru zibillə dolu olduğu güman edilən hava şarlarını göndərib”, - məlumatda qeyd olunub.
Qeyd edək ki, Şimali Koreya sonuncu dəfə zibil dolu şarları sentyabrın 18-də göndərmişdi.