2023-cü ildə İsraili 55 300 vətəndaş tərk edib, onların 60%-i yeni repatriantlardır.

BUTA.TV xəbər verir ki, bu barədə İsrailin Mərkəzi Statistika Bürosu məlumat verir.

İsraildən emiqrasiya göstəricilərinə əsasən, ölkəni tərk edənlərin sayında artım müşahidə olunur — 2023-cü ildə təxminən 55 300 nəfər İsraili tərk edib. 2024-cü il üçün ilkin məlumatlar bu göstəricinin illik olaraq 69 200 nəfərə çatacağını proqnozlaşdırır.

Xatırladaq ki, 2023-cü ilin oktyabrında Qəzzada başlayan müharibə bütün regionu əhatə edir.