AFFA-nın Klubların Lisenziyalaşdırılması Departamentinin direktoru Elçin Məmmədov UEFA tərəfindən təyinat alıb.

BUTA.TV qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, O, UEFA Avropa Liqasının I turu çərçivəsində keçiriləcək “Fənərbaxça” (Türkiyə)-“Yunion” (Belçika) oyununun UEFA Matç direktoru (UEFA Venue Director) olacaq.

Qeyd edək ki, qarşılaşma sentyabrın 26-da İstanbulda yerləşən “Şükrü Saracoğlu” stadionunda baş tutacaq.