Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin əməliyyat aparatı Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə əməliyyat-axtarış tədbiri keçirib.

BUTA.TV xəbər verir ki, bu barədə Penitensiar Xidmət məlumat yayıb.

Əməliyyat-axtarış tədbiri nəticəsində Cahid Mikayıl oğlu Novruzova məxsus ümumi çəkisi 1 kiloqram 630 qram narkotik maddə olan heroin Xəzər rayonu, Qala qəsəbəsində aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Əbu-Dabidəki üçtərəfli görüşün ilk günü başa çatdı - Yenilənib Əbu-Dabidəki üçtərəfli görüşün ilk günü başa çatdı - Yenilənib