İsrail ordusu Beyruta yenidən zərbələr endirib.

BUTA.TV xəbər verir ki, bu barədə Livan televiziyası məlumat yayıb.

Bildirilib ki, hava hücumu nəticəsində 5 nəfər ölüb, 11 nəfər yaralanıb.

İsrail mənbələri isə hücumun məqsədinin Hizbullahın raket bölməsinin komandirini zərərsizləşdirmək olduğunu bildirib.