Ukraynadakı müharibənin üçüncü ilinə yaxınlaşmağına baxmayaraq, biz hələ də ədalətli və daimi sülhdən uzaqdayıq.

BUTA.TV xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının 79-cu sessiyasında çıxışında deyib.

“Silahlanma yarışı sürətləndikcə diplomatiyanın sahəsi daralır. Ukraynanın ərazi bütövlüyü əsasında müharibənin sona çatdırılmasına yönəlik səylərə dəstəyimizi daha da artıracağıq”, - deyə Ərdoğan bildirib.