Sevinc Həsənova Nazirlər Kabineti Aparatının İqtisadiyyat şöbəsinin müdiri təyin edilib.

BUTA.TV APA-ya istinadla xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı sərəncam imzalayıb.

Qeyd edək ki, Sevinc Həsənova bundan əvvəl Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini vəzifəsində çalışıb.