Sentyabrın 24-də azərbaycanlı yazıçı və jurnalist Zöhrə Vəfayinin Təbrizin Vadi rəhmət qəbiristanlığında keçirilən dəfn mərasimində milli fəal İbrahim Asimani (Azəroğlu) həbs edilib.

BUTA.TV xəbər verir ki, bu barədə yerli insan haqları fəalları məlumat yayıb.

Bildirilib ki, təhlükəsizlik məmurları milli fəalı həbs edərək, naməlum istiqamətdə aparıblar. Onun harada saxlanıldığı və nədə ittiham edildiyi barədə ailəsinə məlumat verilməyib.

Milli fəala yaxın şəxslər Asimaninin köynəyində əski türk əlifbasında yazılar olduğuna görə saxlanıldığını deyirlər.

Qeyd edək ki, milli fəal bundan əvvəl də dinc mədəni fəaliyyətlərinə görə bir neçə dəfə saxlanılıb.

Qolları sıralayan Ağadadaş Salyanski, milliyə çağırılan Musa Qurbanlı - Ayxan Abbasov göz qabağında olanları görmək istəmir Qolları sıralayan Ağadadaş Salyanski, milliyə çağırılan Musa Qurbanlı - Ayxan Abbasov göz qabağında olanları görmək istəmir