Vikiliksin təsisçisi Culian Assanc oktyabrın 1-də AŞPA-nın Hüquq Məsələləri və İnsan Haqları Komitəsində çıxış edəcək.

BUTA.TV xəbər verir ki, bu barədə X sosial şəbəkəsində Vikiliksin rəsmi hesabı məlumat yayıb.

Qeyd olunur ki, Assanc AŞPA Komitəsi qarşısında çıxışında onun həbsinin siyasi motivli olub-olmadığı barədə nəticə çıxarmağa imkan verəcək izahat təqdim edəcək.

Assanc ABŞ tarixində ən böyük məxfi məlumat “sızmalarından” biri ilə bağlı cinayətlərdə ittiham olunub.