Slovakiya Baş naziri Robert Fitsoya içərisində güllə olan zərf göndərilib.

BUTA.TV xəbər verir ki, bu barədə “Aktuality” nəşri məlumat yayıb.

Məlumata görə, zərf birbaşa hökumət dəfdərxanasına çatdırılıb.

Bildirilib ki, baş nazirə ünvanlanan məktublar müəyyən idarələr tərəfindən əvvəlcə yoxlanılır. Şübhəli məktub onların diqqətini çəkib. Rentgen müayinəsi zamanı məktubda güllə olduğu aşkarlanıb.

Qeyd edək ki, bu ilin mayın 15-də Slovakiya Baş naziri Robert Fitsoya sui-qəsd cəhdi edilmiş, o, yaralanmışdı.

Qolları sıralayan Ağadadaş Salyanski, milliyə çağırılan Musa Qurbanlı - Ayxan Abbasov göz qabağında olanları görmək istəmir Qolları sıralayan Ağadadaş Salyanski, milliyə çağırılan Musa Qurbanlı - Ayxan Abbasov göz qabağında olanları görmək istəmir