Qarabağ Universitetinin loqosu təqdim edilib.

Universitetdən BUTA.TV-a bildirilib ki, loqo ilk baxışda güc simvolu hesab edilən qalxanı xatırladır.

K və U hərfləri universitetin ingilis dilində adını, bu hərflərin birləşməsindən formalaşan yuxarı yönəlmiş ox isə universitetin daimi inkişafını ifadə edir.

Loqonun ideya müəllifi Abdulxaliq Məmmədlidir.