Türkiyənin Bitlis vilayətinin Tatvan rayonunda 4,5 bal gücündə zəlzələ olub.

BUTA.TV xəbər verir ki, bu barədə Türkiyənin Təbii Fəlakətlərin İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Bildirilib ki, zəlzələ yerin 7 km dərinliyində meydana gəlib.

Tələfat və dağıntı barədə məlumat verilməyib.