Bakı ilə bu istiqamətdə əməkdaşlıq edirik - Rus nazir
Tərəvəz sortları və hibridlərinin yaradılması istiqamətində Azərbaycanla əməkdaşlıq edirik.
BUTA.TV xəbər verir ki, bunu Rusiya kənd təsərrüfatı naziri Oksana Lut deyib.
“Hazırda biz Rusiyanın tərəvəz sortları və hibridlərinin yaradılması üzrə birgə elmi işlərlə bağlı Azərbaycanla qarşılıqlı fəaliyyətə başlamışıq”, - O.Lut qeyd edib.