İsrailin əməliyyatlarına dəstək vermirik - Pentaqon
ABŞ ordusu İsrailin Livana zərbələrini dəstəkləmir və bunun üçün yəhudi dövlətinə kəşfiyyat məlumatları vermir.
BUTA.TV xəbər verir ki, bu sözləri Pentaqonun mətbuat katibi Sabrina Sinqx jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə deyib.
“Livan məsələsinə gəldikdə, ABŞ hərbçiləri əməliyyatlarda heç bir halda iştirak etmir”, - deyə o bildirib.