Helen qasırğası Meksikanın Kankun şəhərində güclü daşqınlara, ağacların aşmasına və elektrik enerjisinin kəsilməsinə səbəb olub.

BUTA.TV xəbər verir ki, bu barədə “Sol de Mexico” qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, qasırğanın nəticələrinə görə Kankun hava limanında 69 reys təxirə salınıb.