Azərbaycan Mərkəzi Bankı Bakı Sığorta ASC-nin lisenziyasının qüvvəsini məhdudlaşdırıb.

BUTA.TV xəbər verir ki,bu barədə AMB məlumat yayıb.

Bildirilib ki, “Sığorta fəaliyyəti haqqında” qanunun 105.1.1-ci maddəsinə müvafiq olaraq, şirkətin könüllü müraciəti əsasında “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası”, “Daşınmaz əmlakın icbari sığortası” və “Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası” növlərinə verilmiş icazələrin ləğv edilməsi yolu ilə lisenziyasının qüvvəsi məhdudlaşdırılıb.

Qolları sıralayan Ağadadaş Salyanski, milliyə çağırılan Musa Qurbanlı - Ayxan Abbasov göz qabağında olanları görmək istəmir Qolları sıralayan Ağadadaş Salyanski, milliyə çağırılan Musa Qurbanlı - Ayxan Abbasov göz qabağında olanları görmək istəmir