İsrail Hizbullahın 75 hədəfinə zərbələr endirdi
İsrail ordusu gecə ərzində Hizbullahın Livandakı 75 hədəfinə zərbələr endirib.
BUTA.TV xəbər verir ki, bu barədə “Yerusəlim Post” məlumat yayıb.
İsrail ordusundan bildirilib ki, Hərbi Hava Qüvvələrinin qırıcıları Bekaa vadisində və Livanın cənubunda Hizbullahın 75 hədəfini, o cümlədən silah anbarları, İsraili hədəf alan raket buraxılış sistemləri və hərbi obyektləri vurub.