Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində ABŞ Prezident Co Bayden tərəfindən təşkil olunan rəsmi qəbulda iştirak edib.

BUTA.TV xəbər verir ki, bu barədə Ceyhun Bayramov X səhifəsində paylaşım edib.

Rəsmi qəbul Nyu-Yorkda BMT Baş Assambleyasının 79-cu sessiyasında iştirak edən nümayəndə heyətlərinin başçıları üçün təşkil olunub.